Accessibility links

Xəsarət olduğu haqda məlumat verilməyib

Rəsmilərin məlumatına görə bu gün Qəzzadan İsrail istiqamətində raket atılıb, ancaq dağıntıların olduğu haqda hələlik heç bir məlumat verilməyib.

Artilleriya hücumu üç fələstinli gəncin dəfn mərasimindən əvvəl baş verib. Yeniyetmələr bir gün əvvəl İordan çayının Qərb sahilində İsrail əsgərləri tərəfindən vurulub.

İsrail rəsmiləri bildirir ki, əsgərlər fələstinlilərin hərbi keşik məntəqəsinə qaz bombaları atmasına cavab olaraq onlara atəş açiblar.

Qarşıdurma bu həftə fələstinli məhbusun İsrail həbsxanasında xərçəng xəstəliyi nəticəsində ölməsindən sonra daha da güclənib.
XS
SM
MD
LG