Accessibility links

İsrail Qəzza Zolağına hava hücumu həyata keçirib


İsrail ordusu bildirir ki, Qəzza Zolağının şimalına fələstinli yaraqlıları hədəf alan hava hücumu həyata keçirib. İsrail həmin yaraqlıların keçən həftə ölkədə qarşı roket hücumu həyata keçirdiyini bildiirb.

Hava qüvvələrinin məlumatında deyilir ki, hücum nəticəsində 22 yaşlı islamçı Cihad üzvü Əhməd Səad vurulub. Məlumatda həmin şəxsin cümə axşamı günü Aşkelon şəhərinə 5 raket atdığı bildirilir.

İsrail bildirir ki, raketlər Dəmir Raketdən Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilib. Ordu Səadı İsrailə qarşı hücum hazırlamaqda ittiham edib.

Associates Press bildirir ki, Cihad qrupu rəsmi olaraq bazar günün Səadın hədəf alındığını təsdiq edib.

Səadın ağır yaralandığını bildirən rəsmilər onun yanında dayanan 12 yaşı oğlanın da bəzi bədən xəsarətləri aldığını bildirib.
XS
SM
MD
LG