Accessibility links

Qəzzadan İsrail ərazisinə paket atan şəxsə havadan zərbə endirilib


İsrail ordusunun bildirdiyinə görə, Qəzza zolağından İsrail ərazisinə paket atan şəxsə havadan zərbə endirilib.

İsrail Abdulla Xarti adlı həmin şəxsin Milli Müqavimət Komitəsi ilə əlaqəsi olduğunu bildirir. Bu komitə İsrailə qarşı hücumları ilə tanınır.

Səhiyyə rəsmiləri Xartinin vəziyyətinin ağır olduğunu deyib.

İsrailin baş naziri Benaymin Netanyahu kabinet nazirləri ilə görüşü zamanı deyib ki, İsrailə qarşı hücuma keçən hər bir şəxs bunun nəticələri ilə üzləşəcək.
Bu il İsrail ərazisinə 33 raket atılıb.
XS
SM
MD
LG