Accessibility links

İsrailin Qəzzaya qarşı hava hücumları beşinci gündür ara vermir


BMT-nin Təhlükəsizlik Şurası İsrail və Fələstini atəşkəsə çağırıb.

15 üzvlü şuranın bəyanatında deyilir ki, asayiş bərpa edilməsi və Misirin vasitəçiliyi ilə 2012-ci ildə əldə edilən atəşkəs qüvvəyə minməlidir.

Bu, münaqişəyə görə parçalanmaya məruz qaln beynəlxalq qurumun ilk rəsmi reaksiyasıdır.

İsrailin Qəzzaya qarşı hava hücumları beşinci gündür ara vermir. Çərşənbə günündən başlayan əməliyyat nəticəsində 130 fələstinli öldürülüb.

Həmasın İsrail ərazilərinə 700 raket atmasına baxmayaraq, İsrail tərəfində tələfat qeydə alınmayıb. Tələfatın qarşısını ABŞ-ın İsraili təmin etdiyi raketlərdən müdafiə sistemi yardım edir.

İsrail Qəzzada 1000-dən artıq yeri hədəf aldığını bildirir. Fələstinlilər məsçidlərinin bombalanaraq, viran ediliyini deyir. İsrail isə məsciddən silah anbarı kimi istifadə edildiyini iddia edir.

BMT-nin insan haqları üzrə baş komissarı İsrailin hava hücumlarının mülki əhaliyə qarşı hücumları yasaqlayan beynəlxalq qanunlara zidd olduğunu bildirib.

Navi Pillay deyib ki, BMT mülki əhalinin tələfatı ilə bağlı məyusedici məlumat əldə edib.

İsrail isə mülki əhalinin zərər çəkməməsi üçün tədbirlər gördüyünü, lakin Həmas üzvlərinin yaşayış bölgələrində gizləndiyini bildirir.

ABŞ Yaxın Şərqdəki müttəfiqlərinə müraciət edib, böhranın həllinə yardım göstərmələrini istəyib.

XS
SM
MD
LG