Accessibility links

Həmas isə cavab atəşi nəticəsində İsraildə yaşayış məntəqəsini dağıdıb

Qəzzada Həmasın yüksək rütbəli hərbi komandanının İsrailin raket hücumu nəticəsində qətlə yetirilməsindən bir gün sonra İsrailin döyüş təyyarələri Qəzza zolağında yaraqlılara qarşı keçirilən hava əməliyyatı zamanı onlarla hədəfə havadan zərbələr endirib.

Qəzzadan İsrail ərazisinə atılan raketlərdən birinin yaşayış məntəqəsinə düşərək, üç İsrail vətəndaşını qətlə yetirdiyi bildrilir. Bununla da hər iki tərəfdən öldürülənlərin ümumi sayı 15 nəfərə çatıb.

Amerikanin Səsisin Qüdsdəki müxbiri Skott Bob İsrailin cənubunda hadisə yerindən xəbər verərək, yaşayış məntəqəsində üç mənzilin dağıldığını deyib. Bob sakinlərin bölgədə daha ağır döyüşlərdən ehtiyatlanaraq evlərindən çıxmadığını xəbər verir.

İsrail təhlükəsizlik orqanları sakinləri xəbərdar edərək, həyəcan siqnalı səsləri eşidlən zaman sakinlərin bomba sığınacaqlarında və ya ictimai binalarda sığınmağa çağırıb. İsrailin cənubunda məktəblər bağlıdır. Qəzza ilə sərhəd ərazinin 40 kilometr yaxınlığında bir çox biznes müəsissələri Fələstin yaraqlıları tərəfindən raket hücumlarından ehtiyat edərək cümə axşamı ərzində bağlı qalıb.

Qəzza zolağının özündə də Fələstinlilər təhlükəsizlik tədbirləri görərək, ehtiyat nümayiş etdirir. İsrail tərəfi xəbərdarlıq vərəqələri buraxaraq Həmasın hərbi qanadı tərəfindən idarə olunan binalardan və yerlərdən əhalini uzaq olmağa çağırıb.

Fələstin rəsmiləri cümə axşamı İsrailin hava hücumları nəticəsində biri uşaq olmaqla ən az iki nəfərin həlak olduğunu xəbər verir. Bununla da öldürülənlərin sayı iki gün ərzində 12 nəfərə çatıb.
XS
SM
MD
LG