Accessibility links

İsrail keçmiş əsgərlərin silahlarını toplayır [Video]


İsrail keçmiş əsgərlərin silahlarını toplayır
please wait

No media source currently available

0:00 0:02:05 0:00

İsrail keçmiş əsgərlərin silahlarını toplayır

İsrail keçmiş əsgərlər və onların ailələrindən hərbi xidmət bitəndən sonra qeyri-qanuni olaraq saxlanılan silahların toplanması prosesini həyata keçirir. Rəsmilər deyir ki, kampaniyanın məqsədi vətəndaşların təhlükəsizliyini qorumaq və qanunu pozanları səhvlərini düzəltməyə təşviq etməkdir.

İsrail ordusu hərbi bazalar və polis bölmələrində keçmiş əsgər və ya onların ailələrinin silahları təhvil verə biləcəyi 100-ə yaxın toplama məntəqəsi açıb. Bu silahların bəziləri hətta muzeydə saxlanmalıdır.

Bu kampaniyada biz heç bir sual verməyəcəyimizə və heç kəsin məhkəmə qarşısına çıxarılmayacağına dair söz vermişik. Məqsəd vətəndaşlara hər hansı bir yolla zərər gətirə biləcək hərbi təhcizatları toplamaq və ordudan bəzi əşyaları özləri ilə evə apararaq səhv edən şəxslərə bir imkan verilməsindən ibarətdir.

“1952-ci ilə aid bu silah Sinai əməliyyatında döyüşən bir əsgərə məxsusur. Əsgər vəfat edib və oğlu bu silahı anasının təzyiqi altında geri qaytarıb. O bu silahın mənəvi dəyərinin yüksək olduğunu deyir. Atası onu müharibədən bir xatirə olaraq saxlayıb.”

Bir çox İsrail əsgəri xidmətlərinə son qoyanda özləri ilə hərbi xatirələr götürüb.

Ordu isə indi onların silah, qumbara, sursat, habelə çəkmələr və hərbi formaları geri qaytarmasını tələb edir. Bir ay davam edən bu kampaniyanın televizorda yayımlanan reklamında “Şifonerinizi təmizləyin- təchizatları orduya geri qaytarın”şüarı yer alır. Bununla onlara qarşı heç bir cinayət təqibinin olmayacağı vurğulanır.

“Bu kampaniyada biz heç bir sual verməyəcəyimizə və heç kəsin məhkəmə qarşısına çıxarılmayacağına dair söz vermişik. Məqsəd vətəndaşlara hər hansı bir yolla zərər gətirə biləcək hərbi təhcizatları toplamaq və ordudan bəzi əşyaları özləri ilə evə apararaq səhv edən şəxslərə bir imkan verilməsindən ibarətdir.”

Toplama məntəqələrində geri gətirilən hər hansı bir əşyanın təhlükə yarada biləcəyi halda müdaxilə məqsədilə minatəmizləmə ekspertlərinin xidmətindən istifadə olunur.

İsrailli uşaqlar oyuncaq silahla oynayır
İsrailli uşaqlar oyuncaq silahla oynayır

“Vətəndaş hərbi təchizatı düzgün saxlamırsa və ya səhv temperaturda saxlayırsa, o partlaya və günahsız uşaq və mülki vətəndaşları öldürə bilər. Biz sivil cəmiyyətdə bu cür halların baş verməsini istəmərik.”

Minlərlə israilli bu kampaniyaya cavab verib. Ordunun bildirdiynə görə, son üç həftə ərzində vətəndaşlar 700 min ədəd sursat, min partlayıcı maddə, 450 qumbara, 200-dən çox odlu silah və 20 min hərbi forma geri gətirib. Kampaniya bu həftə başa çatır.

XS
SM
MD
LG