Accessibility links

Qüdsdə sinaqoqa hücum olub [Fotoqalereya]


İsrail polisinin bildirdiyinə görə, bu gün iki fələstinli Qüdsdəki sunaqoqa daxil olaraq ibadət edənlərdən azı 4 nəfəri öldürüb, 6 nəfəri isə yaralayıb.

Polis idarəsinin sözçüsü Lyuba Samri sinaqoqa hücumun şəhərin Har-Nof bölgəsində baş verdiyini, hücumçuların balta və tapançalarla silahlandığını bildirib. Samri hücum edənləri terrorçu adlandıraraq, onların hadisə yerində polis tərəfindən öldürüldüklərini deyib.

İsrailin baş naziri Benyamin Netanyahu "təhrikçi əməl" adlandırdığı hücumda Həmas yaraqlı qrupunu və fələstinlilərin prezidenti Mahmud Abbası günahlandıraraq, beynəlxalq ictimaiyyətin baş verənlərə diqqət vermədiyini deyib. Cənab Netanyahu İsrailin hücumlara cavab verəcəyinə söz verib.

Fələstinlilərin prezidenti Mahmud Abbas hücumu pisləyərək, həm yəhudilər, həm də müsəlmanlar üçün müqəddəs ibadətgahlarda İsrailin təhriklərinə son qoymağa çağırıb.

ABŞ prezidenti Barak Obama deyib ki, günahsız insanlara qarşı bu kimi hücumlara heç cür bəraət qazandırmaq olmaz. O, İsrail və Fələstin liderləri və adi insanların gərginliyin azaldılması, zorakılıqların rədd edilməsi və sülh yollarının tapılması çünü birgə işləməsinin vacibilyini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG