Accessibility links

İsrail rəsmilərinin bildirdiyinə görə, ölkənin hərbi hava qüvvələri Suriyanın hərbi mövqelərini hücuma məruz qoyub. Hücum Suriyanın Qolan Yüksəkliyinə hücumuna cavab olaraq həyata keçirilib.

Ordu bildirib ki, hədəf ordu təlim obyekti, hərbi qərargah və artilleriya batareyaları olub. Hava hücumundan bir gün öncə İsrail bildirmişdi ki, onun əsgərlərini hədəf alan partlayıcı maddələr 4 əsgərin yaralanmasına səbəb olub. İsrail bu hücuma görə Suriyanı qüvvələrini ittiham edib.

İsrailin ordu sözçüsü hücumu "Suriyanın zorakılığı qəbuledilməz şəkildə artırması" kimi qiymətləndirib və söz verib ki, İsrail öz əsgərlərinə və vətəndaşlarına qarşı təhdidləri cavabsız qoymayacaq.

İki həftə əvvəl İsrail qüvvələri Suriya-İsrail sərhədini müəyyən edən çəpər yaxınlığında Livanın Hizbullah qruplaşmasının iki döyüşçüsünü öldürmüşdü. İsrail ordusu onların mina basdırmağa çalışdığını bildirmişdi.
XS
SM
MD
LG