Accessibility links

İsraillə fələstinlilər arasında əldə olunmuş barışıq pozulub


Qəzza zolağında İsrail və fələstinli yaraqlılar bir neçə gün davam edən raket hücumları və buna cavab olaraq qarşı tərəfin hava hücumlarından sonra Misirin vasitəçiliyi ilə əldə olunmuş qeyri-formal barışığın pozulduğunu deyiblər.

İsrail hərbiçiləri dünən axşamdan bəri raket hücumlarının qeydə alınmadığını və İsrail tərəfin dünən səhərdən bəri Qəzza zolağına hava hücumları etmədiyini deyib.

İki gün ərzində fələstinlilərin İsrailin cənubuna raket və minomyot hücumları sərhəd yaxınlığındakı evləri dağıdıb, bir neçə nəfəri yaralayıb. İsrail əraziyə 80 raket atıldığını deyib. İsrailin Qəzza zolağına cavab hücumu nəticəsində dörd fələstinli həlak olub. Onlardan üçü hakim Həmas hərəkatının üzvləridir.
XS
SM
MD
LG