Accessibility links

ABŞ vətəndaşı İsraildə mehmanxana işçisini öldürüb


Qırmızı dənizdə kurort şəhəri Eilatda İsrail polisi bir nəfər amerikalı mehmanxanada atəş açdıqdan sonra onu güllələyib.

Rəsmilər hücumçunun 20 yaşlarında amerikalı bir oğlan olduğunu və təhlükəsizlik əməkdaşından silahı oğurlayaraq mehmanxana işçisini atəş açaraq öldürdüyünü deyib.

Polisin sözlərinə görə təcavüzkar sonradan mehmanxananın mətbəxinə çəkilərək polislə danışıqlar zamanı oradan atəş açıb. Bir qədər sonra o, polis zabiti tərəfindən güllələnib.

Polis hücuma motivi müəyyənləşdirməyib. Lakin məlumatda hücumçunun bu mehmanxanada işlədiyi və öldürdüyü şəxsi tanıdığı deyilir.
XS
SM
MD
LG