Accessibility links

Türk vəkillər Beynəlxalq məhkəmədən İsrailin cəzalandırılmasını istəyir

  • Amerikanın səsi

Fələstin tərəfdarı türk fəallarının vəkilləri İsraili Qəzzaya yardım çatdıran flotiyaya reydi zamanı müharibə cinayətlərində ittiham edərək, Beynəlxalq Cinayət məhkəməsinə şikayət ediblər. Bu addım İsraillə Türkiyə arasında münasibətlərinin ciddi şəkildə pozulduğu bir vaxt atılır. 300 fəalı və türk təşkilatlarını təmsil edən nümayəndə heyəti şikayəti Haaqada prokurorun ofisinə təqdim edərək, mayın 31-də reydin təhqiqinə çağırıb. Prokurorun ofisi işə baxıb-baxmayacağı ilə bağlı şərh verməyib. Reyd zamanı 9 türk fəalı həlak olmuşdu.

XS
SM
MD
LG