Accessibility links

Israil Türkiyənin 3 gəmisini geri qaytarır

  • Asgar Asgarov

Israil Türkiyənin 3 gəmisini geri qaytarır

Israil Türkiyənin 3 gəmisini geri qaytarır

May ayının 31-də yardım daşıyan gəmilərin atəşə tutulması nəticəsində 9 Fələstin tərəfdarı fəal öldürülmüşdü

Israil Türkiyənin ölümlə nəticələnən may ayı əməliyyatları zamanı ələ keçirdiyi 3 gəmisini geri qaytarır. Israil rəsmiləri bu qərarın bu gün Türkiyə hökumətinə bildirildiyini deyib. May ayının 31-də yardım daşıyan gəmilərin atəşə tutulması nəticəsində 9 Fələstin tərəfdarı fəal öldürülmüşdü. Mavi Marmara əməliyyatı Türkiyə ilə İsrail arasındakı münasibətlərə ciddi xələl gətirib. Yardım gəmiləri İsrailin Qəzzaya birbaşa yardım blokadasını yarmağa cəhd etmişdi.O vaxtdan sonra İsrail blokadanın yüngülləşdirilməsi sahəsində addımlar atsa da, dünən Livandan gələn yardım gəmisinin Fələstin ərazilərinə yaxınlaşmasına icazə verilməyəcəyini bildirib.

XS
SM
MD
LG