Accessibility links

Con Kerri BMT-nin İnsan Haqları Şurasında İsraili müdafiə edib


ABŞ dövlət katibi Con Kerri BMT-nin İnsan Haqları Şurasında İsraili müdafiə edərək deyib ki, bu ölkəyə yönəlik balanssız diqqət olduğu aydındır.

Bu müdafiə nitqi İsrailin baş naziri Benyamin Netanyahunun İsraili müdafiə qrupunun Vaşınqton konfransında, daha sonra isə ABŞ Konqresində çıxış etməyə hazırlaşması ilə eyni vaxta təsadüf edir.

Cenevrədəki çıxışında Kerri BMT nümayəndələrinin zorakılıqlara diqqət çəkməsini yüksək qiymətləndirib. Lakin o, İsrailin təkrarən eyni qərarlar verməsinin səbəblərinə diqqət yetirməyə çağırıb.

O deyib ki, ABŞ İsrailin nəyə hüququ olub-olmadığına dair sualları ədalətli qiymətləndirəcək. Lakin ABŞ müntəzəm və özbaşına şəkildə İsraili legitimsizləşdirmək və ya təcrid etmək səylərini dəstəkləməyəcək.

XS
SM
MD
LG