Accessibility links

İsrailin parlament seçkilərində ikinci olan Sionist İttifaqının nümayəndəsi İsaak Herzoq deyib ki, onun partiyası baş nazir Benyamin Netanyahunun növbəti koalisiya hökumətinə qoşulmayacaq.

Netanyahunun Likud partiyası 120 üzvlü parlamentdə yerlərin 30-nu əldə etməklə 24 yer qazanan Sionist İttifaqını üstələyib. Beləliklə baş nazir yeni hökumət yaradaraq dördüncü dönəm xidmətini davam etdirəcək.

Herzoq İsrailin Ordu radiosuna bildirib ki, Sionist İttifaqı müxalif mövqedə olacaq və sağçı hökumətə təsir edəcək.

Netanyahu növbəti iki-üç həftə ərzində hökumətin təşkilini planlaşdırır və hökuməti idarə etmək üçün ona lazım olan 61 yerli koalisiyaya nail olmaq məqsədi ilə kiçik partiyalarla danışıqlar keçirir.

XS
SM
MD
LG