Accessibility links

ABŞ İordan çayıının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasının qanuniləşdirilməsi təklifindən narahatdır


Birləşmiş Ştatlar İsrailin fələstinlilərin özəl torpaqlarında yəhudi yaşayış məntəqələrinin salınmasını qanuniləşdirən tədbirlərin görülməsi ilə bağlı “dərin narahatlığını” ifadə edib.

İsrail nazirlər kabinetinin komitəsi qanun layihəsini bazar günü təsdiq edib. Qanun layihəsi hazırda İsrail parlamentinə göndərilib və onun bundan sonra Ali Məhkəmə tərəfindən təsdiq ediləyi gözləniir.

Mübahisəli qanun layihəsi Ali Məhkəmənin qərarı ilə İordan çayının Qərb sahilindəki Amona yaşayış məntəqəsinin dekabrın 25-dək evakuasiya edilməsinin qarşısını almaq məqsədi daşıyır.

Qanun layihəsi İsrailin koalisiya hökümətində fikir ayrılıqlarına səbəb olub. Dini sərt xətt tərəfdarları onu dəstəkləyir, digərləri isə fələstinlilərinə kompensasiya ödənilməsinə baxmayaraq qanun layihəsini torpaq oğurluğu adlandıraraq qınayır.

Baş nazir Benyamin Netanyahu da qanuna qarşı çıxır və nazirləri Ali Məhkəməyə evakuasiyanın təxirə salınmasını nəzərdən keçirmək imkanı vermədən tələsik davranmaqda günahlandırır.

Birləşmiş Ştatlar və insan haqları qrupları fələstinlərin gələcək dövlətlərinin bir hissəsi olaraq görmək istədikləri torpaqlarda yəhudi yaşayıq məntəqələrinin salınmasını qınayıb. Fələstinlilər bunu sülhün əldə olunması üçün əsas maneə adlandırır.

İsrail yaşayış məntəqələrini təhlükəsizliyin təmin olunmasının bir hissəsi olaraq görür və fələstinlilərin İsraili dövlət kimi tanımamasını sülhə əsas maneə olduğunu bildirir.

Show comments

XS
SM
MD
LG