Accessibility links

İsraillə Həmas arasında atəşkəs rədd edilib [Fotoqalereya]


İsrailin xarici işlər naziri Aviqdor Libarman atəşkəs əldə edildiyini inkar edib.

Bundan əvvəl İsrail rəsmisi deyib ki, Qəzza zolağında İsraillə Həmas yaraqlıları arasında cümə günündən başlanacaq atəşkəs razılığı əldə edilib.

Adının açıqlanmasını istəməyən rəsmi razılığın yerli vaxtla səhər saat altıda qüvvəyə minəcəyini deyib.

Həmas da razılıq əldə edildiyini rədd edib.

Tərəflər bundan əvvəl humanitar yardımlar üçün bu gündən qüvvəyə minən beş saatlıq atəşkəs haqda razılıq əldə edib.

İsrail 3 minomyot atəşinə görə Həması təqsirləndirir. Hərbiçilər minomyotun İsrailin cənub Eşkol şəhərini hədəf aldığını deyib.

BMT rəsmisi humanitar məqsədlə elan edilən 4 saatlıq atəşkəsin başa çatmasından sonra İsrailin Qəzzaya qarşı hücumlarını bərpa etdiyini bildirib.

İsrailin hava hücumları Qəzza zolağında 37 mövqeni hədəf alıb.

Hərbiçilər tunel yolu ilə İsrailin cənubuna daxil olan 13 Həmas yaraqlısının hücumunun qarşısını aldığını bildirib.

Fələstin səhiyyə rəsmiləri ötən həftə İsrail əməliyyata başlayandan bəri 227 fələstinlinin həlak olduğunu deyib. Döyüşlərdə 1 İsrail hərbiçisi həlak olub.

XS
SM
MD
LG