Accessibility links

“Azərbaycan regionda İsrailin ən yaxın müttəfiqidir.”


Elmar Məmmədyarov, Azərbaycanın xarici işlər naziri, Qüdsdə nasistlərin altı milyon yəhudini öldürməsinə həsr olunmuş Yad Vaşem muzeyində əbədi alovu yandırır.
Elmar Məmmədyarov, Azərbaycanın xarici işlər naziri, Qüdsdə nasistlərin altı milyon yəhudini öldürməsinə həsr olunmuş Yad Vaşem muzeyində əbədi alovu yandırır.
ABŞ-da dərc olunan mühafizəkar təmayüllü Weekly Standard məcmuəsində Azərbaycan-İsrail münasibətlərinin inkişafına dair məqalə dərc olunub. Aleksandr Petersenin yazdığı “Çox Sakit İttifaq” adlı yazıda Azərbaycanın hazırda müsəlman dünyasında İsrailin başlıca müttəfiqi olduğu vurğulanır.

“Azərbaycan-İsrail münasibətləri aysberq kimidir: onda doqquzu səthin altındadır. Lakin bu aysberqin daha çox hissəsi getdikcə aşkara çıxmağa başlayır,” deyə Petersen Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bu yaxınlarda Tel-Əvivə və Vaşinqtona səfərlərini qeyd edir. Bu səfərlərdə cənab Məmmədyarov anti-semitizmi pisləmiş və ölkəsinin İsraillə dost münasibətlər qurduğunu vurğulamışdır.

Azərbaycan prezidenti İlham Əliyev Bakıda İsrail prezidenti Şimon Pereslə görüşür. 28 iyun, 2009.
Azərbaycan prezidenti İlham Əliyev Bakıda İsrail prezidenti Şimon Pereslə görüşür. 28 iyun, 2009.
Aleksandr Petersen Azərbaycanın İsrailə neft ixrac etdiyini, əvəzində isə İsrail şirkətlərinin Azərbaycan iqtisadiyyatına güclü investisiya qoyduqlarını yazır. Bu investisiyalar neft sektorundan tutumuş telekommunikasiyaları əhatə edir. “Ötən il imzalanan 1.4 milyard dollarlıq müdafiə razılığına əsasən İsrail Aerofəza Sənayeləri Azərbaycan silahlı qüvvələrini təyyarə, dron və raketdən müdafiə texnologiyaları ilə təchiz edir,” müəllif əlavə edir.

1.4 milyard dollarlıq müdafiə razılığına əsasən İsrail Aerofəza Sənayeləri Azərbaycan silahlı qüvvələrini təyyarə, dron və raketdən müdafiə texnologiyaları ilə təchiz edir.
İranın timsalında Azərbaycan və İsrailin ümumi rəqibə malik olduqlarını vurğulayan Petersen iranlı qanunvericilərin Azərbaycanı ilhaq etmək haqda çağırışlarına və Azərbaycan türklərinə qarşı basqılarına diqqət çəkir: “Belə görünür ki, Tehranın yer üzündən silmək istədiyi ölkə təkcə İsrail deyil.”

Petersen hesab edir ki, Türkiyədə İslam təmayüllü Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsindən və baş nazir Rəcəb Tayyib Ərdoğanın anti-İsrail siyasəti yürütməyə başlamasından sonra Azərbaycan regionda İsrailin ən çox arxalana biləcəyi müttəfiq kimi meydana çıxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG