Accessibility links

Aviqdor Liberman: İsrail-Azırbaycan münasibətləri ən yüksək səviyyədədir


İsrailin xarici işlər naziri Aviqdor Liberman

İsrailin xarici işlər naziri Aviqdor Liberman

İsrail xarici işlər naziri Azərbaycan səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib

İsrail və Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir, Bu barədə İsrailin xarici işlər naziri Aviqdor Liberman mayın 1-də Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycan prezidenti İlham Əliyevin İsrail prezidenti Şimon Peres və baş naziri Benyamin Netanyaxu ilə son iki görüşünü “ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ” adlandırıb.

Liberman elmi sahədə, İnformasiya Kommunikasiya Texnologiyaları, kənd təsərrüfatı və energetika sahəsində münasibətlərin inkişafının müsbət dinamikasını qeyd edib.

Nazir həmçinin kəşfiyyat və təbii qaz tədarükü sahəsində əməkdaşlıq perspektuvlərini qeyd edərək, tərəflərin qaz əməkdaşlığı üzrə “ümumi xətt” işləyib hazırlayacağına ümid etdiyini deyib.

İsraildə Azərbaycan səfirliyi açılması haqqında suala cavabda Liberman deyib: “Bunun nə vaxr baş verəcəyini Azərbaycan həll etməlidir. Bizim səfirliyimiz burada çoxdan işləyir, amma səfirlik olmadan da iki XİN və iki dövlət arasında əməkdaşlıq və əlaqələndirmə ən yüksək səviyyədədir”.

O, gələn həftə Bakı və Tel Əviv arasında aviareyslərin iki dəfə artırılacağını bildirərək, bunu əlaqələrin genişlənməsinin göstəricisi adlandırıb.

Azərbaycan və İran arasında yaxınlaşma mümkünlüyü haqqında suala cavabda Liberman bildirib ki, İsrail başqa dövlətlərin daxili işlərinə qarışmır və hər bir ölkənin xarici siyasətdə öz prioritetləri və qonşuları ilə münasibətləri var.
İsrail və Türkiyə arasında gərginliklə bağlı Liberman deyib ki, iki ölkə arasında on illərdir əla münasibətlər var idi. Bu münasibətlərin soyumasında İsrailin təqsiri yoxdur və İsrail Ankaradan öz səfirini geri çağırmayıb. Eyni zamanda o qeyd edib ki, iki ölkə arasında mal dövriyyəsi 1/4 dəfə artıb. O, Ankara ilə “münasibətlərin düzələcəyinə” ümid etdiyini deyib
XS
SM
MD
LG