Accessibility links

İbrahim Musayev Naxçıvan MTN-i ilə əməkdaşlıq etdiyini bildirib. O müxalif jurnalistlərə qarşı tapşırıqlardan imtina edərək ölkədən qaçıb

Avqustun 7-də Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin ştatdankənar əməkdaşı olmuş, məcbur olaraq ölkədən qaçmış və sonra Rusiya Miqrasiya Xidməti tərəfindən həbs olunmuş İbrahim Musayev azad buraxılıb.

Vəkil Əsabəli Mustafayev bildirib ki, onun gələcək müdafiəsi ilə bağlı məsələ üzərində işləyir. Çünki Azərbaycan hakimiyyəti Musayevin təhvil verilməsini tələb edir.

Bir neçə ay öncə İ.Musayev ifşaedici xəbərlərlə çıxış edib. O bildirib ki, ona Naxçıvan MTN-i tərəfindən vətəndaşların etimadını qazanaraq müxalifət jurnalistlərini, onların ailə üzvlərini, həmçinin Naxçıvanda qanunsuzluqdan şikayət edənləri ləkələmək tapşırığı
verilıb.

Bu qnuna zidd tapşırıqları yerinə yetirməkdən imtina edən Musayev həyat yoldaşı ilə birgə Moskvaya qaçaraq gizlənib.

Xatırladaq ki, Naxçıvan MTN-nin qurbanları arasında dindirmə zamanı işğəncədən ölən Turac Zeynalovun ailə üzvləri və bir neçə müxalifət jurnalisti var.

Öz növbəsində, Naxçıvan MTN-i İ.Musayevin söylədiklərini absurd adlandıraraq onu dələduzluqda ittiham edib.
XS
SM
MD
LG