Accessibility links

Yanvarın 1-də İsrailin paytaxtı Təl-Əvivin mərkəzində yerləşən bara hücum olub.

Çoxsaylı adamın yığışdığı bara girən şəxs silahdan atəş açıb, azı 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Hücum edən şəxsin axtarışları davam edir. Ərazidəki dükanın təhlükəsizlik kamerasından görüntülərdə bel çantası ilə dükana daxil olan həmin şəxsin təmkinlə özünü alış-veriş edir kimi göstərdiyi görünür.

Vİdeodan həmçinin görünür ki, həmin silahlı dükanın girişinə yaxınlaşaraq bel çantasını ərzaq arabasının içərisinə qoyandan sonra çantadan silahı çıxararaq silahlı basqına başlayır. Daha sonra onun ərazidən qaçdığı görünür.

Hücumu həyata keçirən şübhəlinin atası oğlunun görüntülərini İsrailin Kanal 10 televiziyasında gördükdən sonra onu tanıyıb və bu barədə polisləri məlumatlandırıb.

Polis bunun terror olduğu versiyasını irəli sürüb.

XS
SM
MD
LG