Accessibility links

İsraildən qayıdan yüzlərlə fəal Türkiyədə qəhrəman kimi qarşılanıb


Fəalları qarşılayanlar arasında Türkiyə baş nazirinin müavini də olub

İsraildən deportasiya edilmiş yüzlərlə fələstinpərəst fəal Türkiyədə qəhrəman kimi qarşılanıb. İsrailin təhlükəsizlik qüvvələri onları Fələstinə yardım daşiyan gəmiyə ölümlə nəticələnən hücum edərkən nəzarət altına almışdı. İstanbula bu gün səhər gələn fəalları qarşılayanlar arasında Türkiyə baş nazirinin müavini Bülent Arınc və bir neçə qanunverici də olmuşdur. İsrail hərbi qüvvələri bazar ertəsi Türkiyənin yardım daşıyan konvoyuna hücum edərək, 9 nəfəri öldürüb. Türkiyə mediası ölənlərin türk mənşəli olduğunu bildirirb. İsrail isə hərbi qüvvələrə hücum ediləndən sonra atəş açıldığını deyir.

XS
SM
MD
LG