Accessibility links

Israilin 20 nüfuzlu şəxsi Fələstinin dövlət kimi tanınmasına çağırıb


Israilin 20 nüfuzlu şəxsi Fələstinin dövlət kimi tanınmasına çağırıb
Israilin 20 nüfuzlu şəxsi Fələstinin dövlət kimi tanınmasına çağırıb

İsrailin bir qrup nüfuzlu şəxsi məktuba imza ataraq Avropa liderlərini Fələstinin BMT tərəfindən dövlət kimi tanınması səylərini dəstəkləməyə çağırıblar.

İsrail mətbuatı məktubun mətnini bu gün dərc edib. Məktub Knessetin sabiq spikeri Avraham Burg, Xarici İşlər nazirliyinin keçmiş baş direktoru Alon Leil və Nobel lauretı Daniel Kahneman da daxil olmaqla 20 nüfuzlu şəxs tərəfindən imzalanıb.

Məktubda deyilir ki, Fələstinin müstəqil elan edilməsi, iki tərəfin də ortaq şübhələrinə son qoya biləcək müsbət, konstruktiv addım olacaq. Qrup habelə Fələstinin 1967-ci il Altı Günlük Müharibədən əvvəlki sərhədləri daxilində tanınmasını xahiş edib. İsrail baş naziri Benyamin Netanyahu isə bu təklifin əleyhinədir.

XS
SM
MD
LG