Accessibility links

İsrailin keçmiş baş naziri Ariyel Şaron 85 yaşında dünyasını dəyişib


Ariyel Şaron
Ariyel Şaron
İsrailin keçmiş baş naziri Ariyel Şaron 85 yaşında dünyasını dəyişib. O, 2006-cı ildən koma vəziyyətində idi.

Ariyel Şaron böyük siyasətə hərbdən gəlmişdi. O, İsrail dövlətinin yaradılmasından sonra baş vermiş döyüşlərdə, xüsusilə də 1973-cü ildə Yom Kippur müharibəsində nümayiş etdirdiyi hərbi liderliyinə görə tanınırdı. Onun yüksək taktiki qabiliyyəti nəticəsində İsrail ordusu Süveyş kanalını keçərək, Misir ordusunun qarşısını kəsə bilmişdi.

O həm də qəddarlığı və ehtiyatsızlığı ilə tanınırdı. 1982-ci ildə Livana müdaxilə Beyrutda Sabra və Şatila qaçqın düşərgələrində yüzlərlə fəlstinliyinin Livan yaraqlıları tərəfindən qətliamı ilə nəticələnmişdi.

ABŞ-ın Yaxın Şərq danışıqlarında keçmiş vasitəçi Dennis Ross Ariyal Şaronun siyasətçi kimi formalaşmasına ordunun rolunu qeyd edir: “O tam əmin idi ki, sülh yalnız İsrailin gücünə hörmət edilməklə əldə edilə bilər.”

Ariyel Şaron siyasətçi kimi mübahisəli fiqur idi. Kabinet naziri oldğu zaman o, Fələstin ərazilərində yəhudi yaşayış məntəqələrinin salınmasına təşviq edirdi.

Fələstinli alim Şükri Abed bununla o, ərəblərin daha çox nifrətini qazanmışdı:” Ona etibar etmirdilər və çoxları ona qəddar mövqeyinə görə, yaşayış məntəqələrinin salınması tərəfdarı olduğu üçün nifrət edirdi. O, məskunlaşma prosesinin atasıdır.”

2000-ci ildə müxalifət lideri olduğu zaman cənab Şaronun Qüdsdə Haram Əl-Şərifi ziyarət etməsi fələstinlilərin qəzəbinə səbəb olmuş və İkinci İntifada kimi üsyanla nəticələnmişdi.

Ariyel Şaron 2001-ci ildə baş nazir oldu.

Onun hökuməti üsyanı bir neçə ildən sonra yatıra bildi və hazırda israillilərlə fələstinliləri ayıran təhlükəsizlik səddinin inşasına başladı.

Cənab Şaronun öz xalqını müdafiə etmək üçün heç bir işdən çəkinməyən bir lider kimi yadda qalmasına baxmayaraq, o, sülhə nail olmaq üçün ağır addımlar atmışdı.

2005-ci ildə o, fələstinlilərlə sülhə nail olmaq ümidi ilə İsrailin və yəhudi sakinlərin Qəzza zolağından çıxması prosesinə nəzarət etmişdi.

Öz çıxışında o, yəhudi sakinlərin köçürülməsinin İsrail və fələstinlilər arasında bufer zonasının yaradılması məqsədilə edildiyini demişdi.

Cənab Şaronun Likud partiyasından çıxaraq, mərkəzçi Kadima partiyasını yaratmışdı. Partiya Fələstin dövlərinin yaradılması məqsədilə fələstinlilərlə intensiv, lakin uğursuz sülh danışıqarına başlamışdı.

2006-cı ildə Ariyel Şaron insult keçmiş və komaya düşmüşdü. İsarilin Baş naziri kimi onu vəzifədə Ehud Olmert əvəz etmişdi.

Keçmiş baş nazir son səkkiz ili koma vəziyyətində Tel-Əviv yaxınlığındakı xəstəxanada, sonra isə İsrailin cənubundakı rançosunda keçirmişdir.

Ariyel Şaron həyatını güclü İsrail dövlətinin yaradılması işinə həsr etmişdir. Onun fələstinlilərlə sülh əldə etmək səyləri başa çatmamış qalır.
XS
SM
MD
LG