Accessibility links

İsrailin Həmas nəzarətində olan Qəzza Zolağına raket hücumu fələstinli 10 yaşlı oğlan və onun 6 yaşlı bacısının həyatına son qoyub.

İsrail ordusunun açıqladığı bəyanatda deyilir ki, dünən İsrail ərazisinə düşən 4 mərmidən sonra bu gün İsrail Həmasın təlim düşərgələrini hədəf alıb. Reuters xəbər agentliyinin verdiyi məlumata görə, İsrail ərazisinə düşən raketlər nəticəsində heç kəs xəsarət almayıb.

Körpə bacı-qardaş isə təlim düşərgəsi yaxınlığındakı evlərinə düşən mərmi nəticəsində dünyasını dəyişib. Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qidrə bildirib ki, Yassin Əbu-Xousa yerində keçinsə də, bacısı çatdırıldığı xəstəxanada vəfat edib.

Onların ölümü oktyabr ayından bəri münaqişə nəticəsində ilk ölüm hadisəsidir.

İsrail ordu sözçüsü polkovnik-leytenant Peter Lerner deyib ki, Həmas yaraqlıları İsrailin cənubunda əhalini qorxutmaq və sabitliyi pozmaq üçün raket hücumlarından istifadə edir. "Ordumuz İsrailin suverenliyinə hədə olanlara qarşı hücumlarını davam etdirəcək" - deyə o bildirib.

XS
SM
MD
LG