Accessibility links

İstanbulda gey parad keçirənlərlə polis arasında qarşıdurma yaranıb


Türkiyənin çevik polis qüvvələri hökümətin qadağasına baxmayaraq gey parad keçirməyə cəhd edən fəallara qarşı bibər qazından isitfadə edib.

Yüzlərlə polis işçisi İstanbulun mərkəzi küçələrindən biri olan İstiklal Caddesində toplaşan LGBT icmasının göyqurşağı bayrağını dalğalandıran nümayişçiləri əhatəyə alıb.

İstanbul Gey paradı 2003-cü ildən bəri hər il keçirilir. Amma cümə günü şəhərin qubernatoru “təhlükəsizlik və ictimai asayişi” qorumaq məqsədilə yürüşü qadağan edib.

Təşkilatçılar qadağaya etiraz edərək, bunu onların sərbəst toplaşmaq hüququnun “kobud şəkildə pozulması” adlandırıb.

Polisin ərazidən dağılmaq əmrini yerinə yetirmədiyinə görə bir neçə etirazçı həbs edilib.

Bazar günü baş verən qarşıdurmadan öncə şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Bunun səbəbi son zamanlar İŞİD və ya kürd yaraqlılarının həyata keçirdiyi bomba hücumları əlaqədardır.

Bu hücumlardan biri mart ayında İstiklal Caddesində beş nəfərin ölümünə səbəb olan intiharçı bomba hücumu olub.

XS
SM
MD
LG