Accessibility links

İstanbulun Gezi parkında toqquşma olub [Yenilənib]


Türkiyənin iğtişaş polisi Gezi parkına daxil olmağa çalışan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib.

Türkiyədə keçən ay baş nazir Rəcəp Tayyib Ərdoğan əleyhinə nümayişlərin mərkəzinə çevrilmiş İstanbulun Gezi parkı yenidən açılıb. Etiraz nümayişlərinin liderləri İstanbul bələdiyyə başçısına itaətsizlik əlaməti olaraq bu gün axşam yürüş keçirməyə çağırmışdı.

İstanbul valisi Hüseyn Avni Mutlu iğtişaş polisinin parkın yenidən qurulması əleyhinə nümayiş keçirən etirazçıları Gezi parkından çıxarmasından üç həftə sonra parkın yenidən açıldığını elan edib.

İstanbulda başlayan etirazlar dərhal Türkiyə boyu on il hakimiyyətdə olduqdan sonra avtoritar idarəçilikdə ittiham edilən baş nazir Ərdoğan əleyhinə nümayişlərə çevilmişdir. Etirazlar iyun ayının sonunda qurtarmış, lakin polis Taksim meydanı və onun yaxınlığındakı park ətrafında nümayişçiləri dağıtmaq üçün gözuyaşardıcı qazdan və təzyiqli sudan istifadə etmişdir.

Siyasi partiyalar və qeyri-hökumət təşkilatlarından birliyi əsasında yaradılmış Taksim Həmrəyliyi hərəkatı Gezi parkının yerində Osmanlı dövrünün hərbi baraklarına oxşar yeni kompleksin inşası əleyhinə çıxış edərək, öz tərəfdalarını axşam mitinq keçirməyə çağırıb.

İstanbul valisi Hüseyn Avni Mutlu nümayişlərin yenidən keçirilməsinin əleyhinə xəbərdarlıq edib.
XS
SM
MD
LG