Accessibility links

Türkiyə məhkəməsi Gezi parkı layihəsinin ləğvinə dair hökm çıxarıb


Gezi parkı qarşısında əyləşmiş nümayişçi qələbə işarəsi göstərir. 14 iyun, 2013.

Gezi parkı qarşısında əyləşmiş nümayişçi qələbə işarəsi göstərir. 14 iyun, 2013.

Türkiyə məhkəməsi baş nazir Rəcəb Tayyib Ərdoğanın dəstəklədiyi və Türkiyə boyu genişmiqyaslı etirazlara səbəb olan inşaat layihəsinin ləğvinə dair hökm çıxarıb.

Rəsmilər istanbulun Taksim meydanındakı Gezi parkı layihəsi ilə bağlı hökmü apellyasiya edə bilər.

Məhkəmənin qərarı siyasi koalisiyanın qələbəsi,nümayişçiləri talançı və terrorçu adlandıran Ərdoğanın məğlubiyyəti kimi qiymətləndirilir.

Məhkəməyə müraciət edən Memarlar Birliyinin vəkili Can Atalay inzibati məhkəmənın bu haqda qanunu hələ keçən ay çıxardığını, lakin qərarın niyə indi elan edildiyini bilmədiyini deyib.

Baş nazir Ərdoğan Gezi parkı ilə bağlı qərar verilməzdən öncə məhkəmə və apellyasiya məhkəməsinin hökmlərini gözləyəcəyini deyib.

İstanbulla bağlı bir neçə layihədən biri olan Gezi parkı layihəsinə görə baş qaldıran etirazlar nəticəsində 4 adam həlak olub, 7500 nəfər ayaralanıb. Polisin nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə etməsi beynəlxalq tənqidlərlə qarşılanıb.
XS
SM
MD
LG