Accessibility links

Qırğızıstan hökuməti və Türkiyə mətbuatı İstanbul hücumunda intiharçıların kimliyini açıqlayıb


Video görüntülərdən alınmış bu fotoda hücumçuların iyunun 28-də İstanbulda Atatürk hava limanına daxil olduğu göstərilir. Türkiyə hökuməti Atatürk hava limanında hücumla bağlı fotoların ölkə daxilində paylaşılmasını qadağan edib.
Video görüntülərdən alınmış bu fotoda hücumçuların iyunun 28-də İstanbulda Atatürk hava limanına daxil olduğu göstərilir. Türkiyə hökuməti Atatürk hava limanında hücumla bağlı fotoların ölkə daxilində paylaşılmasını qadağan edib.

Qırğızıstan hökuməti və Türkiyə mətbuatı İstanbulda Atatürk hava limanında 44 adamın ölümü, 230 adamın yaralanması ilə nəticələnmiş hücumda üç intiharçıdan ikisinin kimliyini açıqlayıb.

Qırğızıstanın Xarici İşlər nazirliyinin açıqladığı bəyanatda deyilir ki, Türkiyə rəsmiləri iki bomba hücumçusunun Rakim Bulqarov və Vadim Osmanov olduğunu və onların Rusiya pasportları daşıdığını müəyyən edib.

Qərb xəbər agentlikləri cümə axşamı Türkiyənin bir rəsmisinə istinadən üç hücumçunun Rusiya, Özbəkistan və Qırğızıstan vətəndaşları olduğu haqda məlumat vermişdi. Türkiyə rəsmiləri hücumun İŞİD qrupu tərəfindən törədildiyinə inanır.

Türkiyənin Daily Sabah qəzeti Türkiyə baş prokurorunun ofisində anonim mənbəyə istinadən Osmanovun şəxsiyyətinin onun İstanbulun Fatih hissəsində əmlak agentliyinə təqdim etdiyi pasportunun fotokopiyası əsasında müəyyən edidiyi haqda məlumat verib. Qəzet həmçinin mənbənin hücumçulardan heç birinin milliyyəti ilə bağlı açıqlama vermədiyini bildirib.

Cümə günü Türkiyənin Yeni Şafak qəzeti Bulqarov və Osmanovun Rusiya vətəndaşları olduğunu yazıb.

Milliyet qəzetinin verdiyi məlumata əsasən, Osmanovun pasportunun saxta olub-olmadığını müəyyənləşdirmək üçün sənəddəki məlumatlar təhqiq edilir.

Türkiyə və Qərb mətbuatında İstanbulda hücumun İŞİD sıralarında yüksək rütbəli çeçen yaraqlı Əhməd Çataev tərəfindən təşkil edildiyinə inanıldığı haqda məlumat verilib.

2015-ci ilin fevral ayında Çataev İŞİD-in YouTube səhifəsində yerləşdirdiyi videoda göstərilib. Suriyada çəkilmiş videoda o, İŞİD-in rusdilli Yarmuk batalyonunun komandiri olduğunu iddia edib.

XS
SM
MD
LG