Accessibility links

İstanbul hücumu dünya ölkələri liderlərinin qınağı ilə qarşılanıb


İstanbulda törədilən terror hücumu dünya ölkələri liderlərinin qınağı ilə qarşılanıb.

Fransa prezidenti Fransua Olland terrorizmlə mübarizənin gücləndirilməsinə çağırıb. O, hücumu qəbuledilməz zorakılıq aktı kimi qiymətləndirib.

Terrorizm NATO-nun demokratiya, şəxsi azadlıq, insan hüquqları və qanunun aliliyi kimi dəyərlərinə hədə törədir

​ABŞ-ın Ankaradakı səfiri Con Bass Tvitter hesabında yazır ki, bu kimi hücumlara heç vaxt bəraət qazandırıla bilməz. Səfir ABŞ-ın terrorizmlə mübarizədə Türkiyə ilə çiyin-çiyinə dayandığını bildirib.

NATO-nun baş katibi Cens Stoltenberq qlobal terror təhlükəsinə qarşı Türkiyə ilə həmrəy olduğunu ifadə edib.

“Terrorizm NATO-nun demokratiya, şəxsi azadlıq, insan hüquqları və qanunun aliliyi kimi dəyərlərinə hədə törədir. Buna dözmək və ya bəraət qazandırmaq mümkün deyil”- deyə baş katib bildirib.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Moqerini Türkiyəyə dəstəklədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG