Accessibility links

İstanbulda qaçqın böhranı ilə bağlı sammit keçirilir


Bu gün dünya liderləri gələcəkdə qaçqın böhranını aradan qaldırmaq barədə real protokollar hazırlamaq ümidi ilə çoxdan gözlənilən humanitar sammitdə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində toplaşıb.

BMT-nin baş katibi Ban Ki Mun sammitə toplaşanları daha yaxşı gələcək əldə edə bilmələri üçün qaçqınlara imkan tanımağa çağırıb.

“Biz burada fərqli gələcək yaratmaq üçün toplaşmışıq. Biz məsuliyyəti öz aramızda bölməliyik. Biz təkcə insanların sağ qalması üçün deyil, onların ləyaqətli həyat yaşamasına şərait yaratmalıyıq” - deyə Ban Ki Mun bildirib.

125-dən çox ölkə başçısı BMT-nin nümayəndələri ilə Avropaya qaçqın axınından ən çox zərər çəkən Türkiyədə bir araya gəlib.

Prezident Rəcəb Tayyip Ərdoğan problemi həll etmək naminə bütün millətləri əməkdaşlıq etməyə çağırıb.

Türkiyə hazırda Suriya münaqişəsi nəticəsində didərgin düşən 2.7 milyon insanı sığınacaqla təmin edib.

Sammitdə beş mindən çox insanın iştirak edəcəyi gözlənilir.

XS
SM
MD
LG