Accessibility links

İstanbulda yanğın baş verib


Türkiyə rəsmiləri İstanbulda hündür binada baş verən yanğın nəticəsində yüzlərlə insanın binadan evakuasiya edildiyini bildirib.

Polat qülləsinin 42-ci mərtəbəsindən qalxan tüstü şəhərin hər bir yerindən gürünüb. Mətbuatın verdiyi xəbərlərə əsasən, yanğınsöndürənlər vəziyyəti nəzarətə alana qədər yanğın binanın xaricdən divarlarını tamamilə yararsız hala salmışdır.

Hadisə zamanı xəsarət alan olmadığı bildirilir.

İstanbulun qubernatoru Hüseyin Avni Mutlu müxbirlərə ilkin yoxlamadan sonra yanğının kondinsioner bölməsində texniki nasazlıq üzündən baş verdiyinin ehtimal edildiyini deyib.

Binanın bir hissəsi yaşayış, digər hissəsi isə mağaza və ofislərdən ibarətdir. Binanın yerləşdiyi Şişli rayonunun meri binanın daxili hissələrinin zədlənmədyini deyib.
XS
SM
MD
LG