Accessibility links

Türkiyə hökumətinin Gezi parkında bina inşa etmə planına qarşı nümayişlərin dayandırılması əmrinə məhəl qoymayan az sayda nümayişçi İstanbulun küçələrində qalmaqda davam edir.

Türkiyə hökuməti planla bağlı referendum keçirilməsinə yol verə biləcəyini deyib. Baş nazir Rəcəb Tayyib Ərdoğan referendum planını müzakirə etmək üçün bir neçə nümayişçi ilə görüşüb.

Hökumətin İstanbulda parkı sökərək yerində ticarət mərkəzi tikmək planı təxminən iki həftə davam edən etirazlara səbəb olub.

İnşa planlarından qaynaqlanan etiraz aksiyası hökumət əleyhinə yürüşlərlə davam edib.

İstanbul və Ankara şəhərlərində iğtişaş polisi yürüşün qarşısını almaq üçün gözyaşardıcı qaz və təyziqli sudan istifadə edib.

Toqquşmalar zamanı 4 nəfər həlak olub, 5000 insan xəsarət alıb və minlərlə insan həbs edilib.
XS
SM
MD
LG