Accessibility links

Türkiyədə qarşıdurmalar üçüncü gecədir davam edir


Türkiyədə polislə nümayişçilər arasında toqquşmalar üçüncü gecədir ki, davam edir.

İstanbulda polis nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İnsanların xəsarət aldığı və bəzilərinin həbs olunduğu deyilir.

İstanbul və Ankara şəhərlərində sonuncu nümayiş Hatay vilayətində hökumət əleyhinə 22 yaşlı nümayişçı Əhməd Ataxanın öldürülməsindən sonra başlanıb.

İyun ayında İstanbulda Gezi parkı oturaq nümayişləri daha sonra Rəcən Tayyib Ərdoğan hökuməti əleyhinə daha ciddi nümayişlərə çevrilmişdi.
XS
SM
MD
LG