Accessibility links

İstanbuldakı bomba hücumunu həyata keçirənlər bəlli olub


Hücumun məsuliyyətini ultra-solçu İnqilabi Xalq Azadlığı Partiya Cəbhəsi öz üzərinə götürüb

Türkiyədə dünən baş verən və bir polis işçisinin ölümünə, digərinin yaralanmasına səbəb olan bomba partlayışının məsuliyyətinin ölkənin ultra-solçu qrupu öz üzərinə götürüb.

İnqilabi Xalq Azadlığı Partiya Cəbhəsi qruplaşması öz veb səhifəsində bildirib ki, bomba hücumu 2013-cü ildə hökumət əleyhinə etiraz nümayişləri zamanı yaralandıqdan sonra keçən il dünyasını dəyişən 15 yaşlı gənc oğlanın qısasıdır.

İntiharçı hücumu dünən turistlərin ən çox ziyarət etdiyi Suntanahmet rayonunda baş verib. Bu, son bir həftə də polisi hədəf alan ikinci hücumdur.

Eyni qrup keçən həftə prezident Rəcəb Tayyip Ərdoğanın sarayının qarşısında baş vermiş qumbara hücumu cəhdinin da məsuliyyətini öz üzərinə götürmüşdü. O zaman partlayıcılar işə düşməmişdi.

Türkiyə, ABŞ və Avropa Birliyi bu qruplaşmanı terror qrupu hesab edir. Onlar 2013-cü ildə Ankarada ABŞ səfirliyinə qarşı intiharçı hücumda da şübhəli bilinirlər.

XS
SM
MD
LG