Accessibility links

İstanbulda "Kiçik Dəməşq" [Video]


Təkcə bu il ərzində 120 min miqrant Türkiyə sahillərini tərk edərək qonşu Yunan adalarına keçib. Onların əksəriyyəti suriyalılardır. Türkiyədə olan 2,5 milyon suriyalı qaçqın düşərgələrdən kənarda müxtəlif şəhər və kəndlərdə yaşayır. İstanbulda isə şəhərin bir kvartalı artıq “Kiçik Dəməşq” kimi tanınır.

Burada iş yoxdur. Suriyalılar üçün İstanbulda həyat yoxdur. Hamı Almaniya və Bolqarıstana gedir. Yemək və kirayə çox bahadır. Suriyalıar üçün burada həyat çox çətindir.

Ucuz otellər və pansionatların yerləşdiyi Aksaray rayonu regiondakı böhrandan qaçan insanların məskunlaşdığı yerdir. Əfqanlar, iraqlılar, iranlılar burada yerləşib.

Bu aralar isə buraya daha çox suriyalı gəlir və bu ərazi artıq “Kiçik Dəməşq” adlanır.

Küçələrdən ədviyyatların, xüsusilə də Suriya mətbəxində çox istifadə olunan güclü darçın ətri gəlir.

Buradakı Mandi restoranı iki il yarım öncə açılıb.

Divardakı şəkildə restoran sahibinin Suriyadakı köhnə restoranı təsvir olunub. İndi restoran müharibəyə görə bağlanıb. Restoranın digər sahibi İsan Abdi İstanbulda onların işinin yaxşı getdiyini deyir. Onların artıq üç restoranı var. Amma Abdi ilk öncə dil və dad fərqlərinin çətinlik yaratdığını deyir.

Suriyalı qaçqınlar İstanbulda

Suriyalı qaçqınlar İstanbulda

“Əvvəl Türk dili bizə çox çətin gəlirdi. Amma türk xalqı və Türkiyə höküməti bizə yardım etdi. İndi isə bura suriyalılar, iraqlılar, afrikalılar, şərqi asiyalılar, tailandlılar və filippinlilər gəlib. Onlar da düyü sevir. Amma türklər üçün bu yeni yemək növüdür. Bu yemək dadlı olsa da, məncə, onlar yeni bir şey dadmaq istəmir.”

“Kiçik Dəməşq”də təkcə restoranlar deyil, başqa bizneslər də var.

Əbdülkadir Tarhad fabrikini Suriyadan Türkiyənin Qaziantep şəhərinə köçürüb, amma o, fabrikinə İstanbuldan nəzarət edir və Ərəb dünyası ilə iş aparır.

“Burada müxtəlif bizneslər var- restoranlar, daşınmaz əmlak, turizm. Hələbdən gələn insanların çoxu fabrikalarda işləyir. Türkiyə hazırda ölkədə rəsmi lisenziya əsasında 10-12 min Suriya şirkətinin fəaliyyət göstərdiyini bildirib.”

Düzdür, onlar əvvəlcə Avropanın cənnət olduğunu düşünür. Belə fikirləşirlər ki, onlar oturacaq, avropalılar da onlara pul verəcək. Amma vəziyyət belə deyil, onlar işləməlidir.

Lakin bir çox suriyalı özünə yol tapmağa çalışır. Əbdülkadir Tarhanın ofisindən bir neçə dəqiqəlik məsafədə minlərlə suriyalının Avropaya getmək xəyalı ilə vaxt keçirdiyi bir meydan var.

“Burada iş yoxdur. Suriyalılar üçün İstanbulda həyat yoxdur. Hamı Almaniya və Bolqarıstana gedir. Yemək və kirayə çox bahadır. Suriyalıar üçün burada həyat çox çətindir. İş yoxdur, olanda isə çox çətin işlər olur. Hər gün 12-14 saat, bəzən hətta gecə saat 2-dək işləyirik.”

Amma elə Avropa da bütün dərdlərə dərman deyil.

İstanbulda suriyalı qaçqınlar

İstanbulda suriyalı qaçqınlar

“Düzdür, onlar əvvəlcə Avropanın cənnət olduğunu düşünür. Belə fikirləşirlər ki, onlar oturacaq, avropalılar da onlara pul verəcək. Amma vəziyyət belə deyil, onlar işləməlidir.”

Türkiyə höküməti suriyalıları iş icazəsi ilə birgə pulsuz tibbi sığorta ilə təmin edir. Ancaq işsizlik səviyyəsi artıq 10 faiz olduğu üçün iş yerlərinə görə rəqabət artır. Elə bu səbəbdən də, bütün risklərə baxmayaraq, Avropa hələ də suriyalıları cəlb etməyə davam edir.

XS
SM
MD
LG