Accessibility links

Azərbaycan XİN: İstanbulda törədilmiş qanlı terror aktını qəti şəkildə qınayırıq


The blast happened at the morning rush hour in central Istanbul
The blast happened at the morning rush hour in central Istanbul

Azərbaycan prezidenti İlham Əliyev də Türkiyə prezidentinə başsağlığı verib

“İstanbul şəhərində törədilmiş qanlı terror aktını qəti şəkildə qınayırıq. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

Bu barədə İstanbul şəhərində törədilmiş terror aktı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Sənəddə bildirilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.

“Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır”, açıqlamada qeyd edilir.

Azərbaycan prezidenti İlham Əliyev də İstanbulda baş verən terror hücumu ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bu amansız terror aktı terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir”, Əliyev başsağlığında qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG