Accessibility links

Londondan Ərbilə səfər edən braniyalı qadın sərnişin İstanbulun Ataturk hava limanında intihar edib.

50 yaşlı britaniyalı Caklin Anne Sutton Londondan İstanbula Türkiyə Hava Yollarına məxsus 1986 nömrəli reyslə axşam saat 9:58-də çatıb.

Sutton saat 12:15-də isə növbəti reyslə Ərbilə getməli olsa da, onun uçuşu qaçırdığı bildirilir.

Hava yollarının müştəri xidmətlərinə müraciət edən sərnişinə yeni bilet almalı olduğu bildirilib. Sutton isə bunun maliyyə baxımdan onun üçün mümkün olmadığını bildirib.

Daha sonra beynəlxalq terminalda ayaq yoluna gedən Suttonun ayaqqabısının dik dabanı ilə ittihar etdiyi bildirilib.

Onun yerdə uzanan cəsədini aşkar edən 3 rus sərnişin dərhal həkimlərə xəbər verib. Həkimlər hadisə yerinə gələn zaman isə artıq onun nəbzinin vurmadığını aşkar ediblər.

Hadisə yerinə gələn polislər isə hadisə barədə cinayət işi başladıblar. Suttonun cəsədi Türkiyə Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.

Suttonun 20 ildən artıqdır BMT-nin tərkibində müharibə zonalarında könüllü kimi fəaliyyət göstərdiyi bildirilir

XS
SM
MD
LG