Accessibility links

Azərbaycanda 39 dərəcə isti olacaq


İsti hava
İsti hava

İsti hava bir neçə gündür davam edir

Azərbaycanda son günlər isti hava şəraiti davam edir. Sinoptiklər isti havaların davam edəcəyini deyir.

İyulun 11-də Bakı və Abşeron yarımadasında yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, axşam cənub-şərq küləyi axşam şimal-qərb küləyi əvəz olunacaq. Gecə 20-24 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx və Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq.
Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.
XS
SM
MD
LG