Accessibility links

Hidrometeorologiya Departamenti: Durğun və boğanaq istilər çox əlverişsizdir


Azərbaycanda 44 dərəcə isti olacaq

Azərbaycanda 44 dərəcə isti olacaq

Azərbaycanda avqustun 17-dək güclü istilər müşahidə olunacaq. Bəzi yerlərdə temperatur 40 dərəcən yuxarı olacaq

Avqustun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda yaranan durğun və boğanaq hava şəraiti fonunda güclü istilər meteohəssas insanlar üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal küləyi əsəcək. Gecə 22-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 40, dağlarda gecə 13-18, gündüz 29-34 dərəcə isti olacaq.
XS
SM
MD
LG