Accessibility links

Azərbaycanda isti havalar davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,avqustun 6-da Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Gecə 22-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Zəif şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

XS
SM
MD
LG