Accessibility links

Son bir həftə ərzində Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti 7 nəfərə günvurma diaqnozu ilə yardım edib. Onlardan 3 nəfəri xəstəxanalara yerləşdirilib. Bu barədə Amerikanın Səsinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən bildiriblər.

Ümumilikdə bu il yay mövsümü ərzində Bakı şəhərində günvurma diaqnozu ilə 50 nəfərə təcili və təxirəsalınmaz tibbi yardım göstərilib. Onlardan 17 nəfəri xəstəxanalara yerləşdirlib.

Son həftə ərzində ölkə ərazisində kəskin istilər davam etməkdədir. Bəzi yerlərdə temperaturlar 42 dərəcəyədək yüksəlib. Bakı və Abşeron yarımadasında isə 40 dərəcəyədək isti var. Mütəxəssislər insanlara açıq havada çox qalmamağı məsləhət görür. Əmək müfəttişliyi işəgötürənləri içşilərin günün isti vaxtlarında açıq havada işləməsinə yol verməməyə çağırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin son məlumatına görə, isti havalar avqustrun 11-də də davam edəcək.

Sabah Bakıda və Abşeron yarımadasında temperaturlar 39 dərəcəyədək yüksələcək.

Azərbaycanın rayonlarında isə avqustun 11-də gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda 27-32 dərəcə isti olacaq.

XS
SM
MD
LG