Accessibility links

Nərimanov rayonunda uçan binayla bağlı iş məhkəməyə göndərilib


Heydər Əliyev prospektində uçan bina

Heydər Əliyev prospektində uçan bina

Binanın uçması nəticəsində 2 nəfər həlak olub

Bu ilin yanvarında Nərimanov rayonu Heydər Əliyev prospekti ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi ilə bağlı ibtidai istintaq başa çatıb.

Bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

Fakt üzrə CM-in 222.3-cü (tikinti və digər işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və ekskavatorçu Qamət Məmmədov iş üzrə ittiham olunublar və onların barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq müəyyən edib ki, binanın uçması nəticəsində yaxınlıqda olan avtomobillərə 19 187 manat həcmində ziyan dəyib, iki nəfər həlak olub.
XS
SM
MD
LG