Accessibility links

Arif Hacılı, İsa Qəmbər və Gülağa Aslanlı prokurorluğa çağırılıb (Arif Hacılı və İsa Qəmbərlə müsahibə)


Arif Hacılı və İsa Qəmbər
Arif Hacılı və İsa Qəmbər

Onlar şahid qismində dindirliəcək

Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə çağırılıb.

Bu barədə Amerikanın Səsinə müsahibəsində Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Müsavat başqanı Arif Hacılının Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:41 0:00

“Xüsusilə mühüm işlər üzrə böyük müstəntiq Vüqar Nəsibov pariya qərargahına belə bir məktub göndərib. Məkubda qeyd olunur ki, fevralın 27-də saat 10:30-da şahid qismində ifadə vermək üçün məni Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edir”, o qeyd edib.

Arif Hacılı
Arif Hacılı

Müsavat başqanının sözlərinə görə, məktubda onun istinataq şahid qismində dəvət edilməsinin mühacirətdə olan vətəndaşlar haqqında qaldırılmış hanısas cinayət işi ilə əlaqədar olduğu yazılıb.

“Azərbaycan hakimiyyətin Müsavat Partiyasına qarşı hücumları son dövrlər bir qədər artıb. Partiyanın nüfuzunun artması, bütün məsələlərlə bağlı prinsipial və birmənalı mövqelər sərgiləməsi, o cümlədən Avropada müsavatçıların keçirdiyi aksiyalar hakimiyyəti narahat edir. Ona görə, bu tipli tədbirlərlə Müsavat Partiyasını öz prinsiplərindən çəkindirməyə çalışır. Bu baş tutacaq məsələlər deyil”, o qeyd edib.

Arif Hacılı Müsvat Partiyasına qarşı təzyiqləri də sadalayıb.

“Bu gün Müsavat Partiyasının Şəki rayon təşkilatının fəalına 25 sutka həbs cəzası verilib. Bundan əvvəl Şəki qərargahı onun əlindən alınmışdı. Müsavatın Avropada keçirdiyi mitinqlərdən sonra mitinqdə çıxış edən və təşkilatçı olan bir çox şəxslər, Müsavat partiyası üzvlərinin ailə üzvlərinə təzyiqlər edilib. Hesab edirəm ki, bu çağırış da həmin təzyiq prosesinin davamıdır”. o bildirib.

Öz növbəsində, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırıldığını təsdiqləyib.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:09 0:00

“Hesab eləmiyək ki, bu dəvət prokurorluğun və hakimiyyətin mənə doğum günü hədiyyəsidir. Çox yəqin ki, dövlət başçısının son təyinatına bizim prinsipial, birmənalı mövqeyimiz hakimiyyət dairələrini narahat edib. Ümumən

İsa Qəmbər
İsa Qəmbər

Müsavat Partiyasının mevqeyi, təşkilatlanma prosesinin sürətlənməsi və mitinqlərdə, konfranslarda səslənən fikirlər görünür hakimiyyəti narahat edib. Ona görə də prokurorluğa dəvət edilməyimi hakimiyyət baxımından bir təzyiq cəhdi kimi qiymətləndirirəm“, o Amerikanın Səsinə müsahibəsində bildirib.

İsa Qəmbər istintaq idarəsinə şahid qismində çağırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG