Accessibility links

İsveç Eurovision 2015-in qalibi olub [Videolar]


The band Il Volo representing Italy performs the song "Grande Amore" during the first dress rehearsal for the final of the upcoming 60th annual Eurovision Song Contest In Vienna, May 22, 2015.
The band Il Volo representing Italy performs the song "Grande Amore" during the first dress rehearsal for the final of the upcoming 60th annual Eurovision Song Contest In Vienna, May 22, 2015.

Azərbaycan bu il 12-ci yerlə kifayətlənib

Dünən Vyanada keçirilən “Eurovision 2015” mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi olub. Final mərhələsində 27 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər.

Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 24-cü çıxaraq “Hour of the Wolf” mahnısını səsləndirib.

Bu il finalda ev sahibi ölkə olan Avstriya və Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya ilə yanaşı, Avstraliya da iştirak etmək hüququ qazanıb. Avstraliya təmsilçisi “Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyi münasibəti ilə fəxri qonaq qismində çıxış edib.

Final şousunda həmçinin ötən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” mahnı müsabiqəsininin avstriyalı qalibçisi Konçita Vurst “Rise Like a Phoenix” mahnısını təqdim edib.

“Eurovision 2015” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında, proqnozlara uyğun olaraq, İsveç təmsilçisi Mons Selmerlev olub. O, 365 xalla birincilik əldə edib. O, ölkələrin çoxundan 12 xal alıb. 49 xal toplayan Azərbaycan təmsilçisi Elnur Hüseynov müsabiqədə 12 yeri tutub. Azərbaycan təmsilçisinə yüksək bal verən ölkələr Çexiya (12), Gürcüstan (10), Monteneqro və Malta (8) olub.

Litva – 2, Rumıniya, Moldova və Rusiya Azərbaycan təmsilçisinə 3 xal verib. Azərbaycanın Rusiya təmsilçisinə 10 xal verməsinə baxmayaraq, ruslar buna cəmi 3 xalla cavab verib.

İsveç 365, Rusiya 303, İtaliya 292 xalla “Eurovision 2015” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar. Qeyd edək ki, bu İsveçin “Eurovision" müsabiqəsində altıncı qələbəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG