Accessibility links

İsveç polisinin verdiyi məlumata görə, bu gün IKEA dükanında bıçaqla hücum zamanı iki nəfər öldürülüb, bir nəfər isə ağır xəsarət alıb.

Paytaxt Stokholmdan 100 kilometr qərbdə olan Vastera şəhərində bir nəfər adam öldürmə ittihamı ilə saxlanıb.

" Biz bıçaq zərbələri almış bir kişi və bir qadın aşkar etdik və onlar daha sonra keçindilər" - deyə Vastmanland polisinin bəyanatında bildirilir.

Regional xəbər agentliyi olan SVT Västmanland Erikslund ticarət mərkəzindən foto yayımlayıb. Twitterdəki foto bu başlıqla yayılıb: "BU DƏQİQƏ: Təsdiq olunub: Erikslunddakı IKEA-da iki nəfər bıçaqlanaraq öldürülüb"

Twitterdə yerli sakinlər hadisədən dəhşətə düşdüklərini bildiriblər. Onlardan biri Amanda Agestav yazıb: "Hazırda mənim şəhərimdə baş verən hadisə məni sarsıdıb."

İsveç dünyada ən az qətl hadisəsi yaşanan ölkələrdən biridir. Belə ki, 9.5 milyon əhalisi olan İsveçdə son bir neçə onillikdir orta illik qətllərin sayı 100-dən yuxarı deyil.

XS
SM
MD
LG