Accessibility links

İsveçrədə qatara hücum edilib


İsveçrədə qatara hücum edən silahlı şəxs sərnişinlərin bir neçəsini bıçaqlayıb.

Hücum nəticəsində 6 nəfər yaralanıb. Onlar arasında 6 yaşlı uşaq da var.

27 yaşlı isveçrəli kişi qatarın vaqonlarından birinə alovlanan maye tökdükdən sonra yanğın törədib.

Qarşıdurma zamanı onun da yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Polisin bildirdiyinə görə, qatara 100 min dollarlıq ziyan dəyib. Qatar İsveçrənin şimal Buş şəhərindən Senvalda istiqamət almışdı.

XS
SM
MD
LG