Accessibility links

İsveçin xarici işlər naziri Bakıya gəlir


İsveç Krallığının xarici işlər naziri, xanım Margot Vallström fevralın 9-da Azərbaycana gəlir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Səfər çərçivəsində Margot Vallström fevralın 10-da Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovla görüşməlidir.

Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi gözlənilir.

XS
SM
MD
LG