Accessibility links

Azərbaycan məhkəməsi İsveçrə vətəndaşı barədə axtrış élan edib


Məhkəmə

Məhkəmə

Noyabrın 11-də Bakının Nərimanov Rayon Məhkəməsi İsveçrə vətəndaşı Vartan Sirmakesin barəsində həbs qətimkan tədbiri seçib. Azərbaycan tərəfi onun saxlanması və istintaqa cəlb olunması üçün İnterpola müraciət edib. Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bundan öncə Azərbaycan Baş Prokurorluğu bu ölkənin vətəndaşı Vartan Sirmakesin Azərbaycanın erməni slahlı birləşmələrinin nəzarətində olan ərazilərinə qanunsuz səfərinə və orada qanunsuz sahibkarlıq fəaliyyətilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb olunması üçün İsveçrəyə müraciət edib.

Prokurorluq bildirir ki, “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru olan Vartan Sirmakes bir qrup şəxslə birlikdə Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərində qanunsuz sahibkarlıqla məşğul olub.

Belə ki, V.Sirmakes Azərbaycan ərazilərində yaradılan qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə dövlət sərhəddini qanunsuz keçərək Zəngilan rayonunun Vejneli kəndində qızıl mədəninin açılışı mərasimində iştirak edib.

Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində fakt üzrə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlayıb.

Baş Prokurorluğun məlumatına və Nərimanov rayon Məhkəməsinin qərarına nə İsvreçrə hökuməti, nə də V.Sirmakes hələ şərh verməyib.

XS
SM
MD
LG