Accessibility links

Costa Concordia gəmisinin tərsanəyə aparılması üçün xilasetmə işləri başlayıb


Xilasetmə işçiləri 20 ay əvvəl İtaliyada qəzaya uğramış Costa Concordia kruiz gəmisini düz vəziyyətə gətirməyə çalışır.

Xilasetmə qrupu gecə baş verən fırtınadan bir neçə saat sonra bazar ertəsi səhərdən işə başlayıblar. Onlar gəminin bir tərəfinə bağlanmış kəndirlər və su ilə doldurulmuş balonlardan istifadə edərək, gəmini düz vəziyyətə gətirməyə çalışacaq.

290 metr uzunluğunda gəminin dənizdə qurulmuş platformaya yerləşdirilməsi nəzərdə tutulur. Gələn ilə kimi platformada qalması planlaşdırılan gəmi su ilə doldurulmuş balonlar vasitəsi ilə tarazılığa gətiriləcək. Daha sonra isə gəminin yenidən suda üzə bilməsi üçün su balonları boşaldılacaq və o tərsanəyə aparılacaq.

Gəmi qəzaya uğradıqdan sonra 2012-ci ilin yanvar ayından Giglio adası yaxınlığında sahilə oturub. Qəza vaxtı 4200 sərnişindən 32-i həyatını itirib.

Gəminin kapitanı Francesco Çettino hazırda bir neçə cinayət maddəsinə əsasən ittiham olunur. İttihamçılar onu gəmini sahilə çox yaxınlaşdırmaq və hamıdan öncə onu tərk etməkdə günahlandırır.

Dörd ekipaj üzvü və Costa Crociere şirkətinin digər bir işçisi iyul ayında gəminin qəzaya uğraması ilə əlaqədar həbs edilib.
XS
SM
MD
LG