Accessibility links

Florensiyada Arno çayının sahilində məşhur Ponte Veççio körpüsü yaxınlığında 200 metrlik məsafə boyu yer aralanıb.

Yol kənarında bir neçə avtomobil su ilə dolmuş dəliyə düşüb.

Yanğınsöndürənlər Lunqarno Torriqqiani adlanan ərazidə dəliyin açıldığı yerdəki köhnə binanın sakinlərin evakuasiya edilməsinə çağırıb.

Təhlükəsizlik işçiləri hadisəyə yerin altından keçən su kəmərinin sıradan çıxmasının səbəb olduğunu deyib.

Xəsarət alanların olmadığı bildirilir.

XS
SM
MD
LG